ABŞ Prezidenti Cozef Bayden dünən gecə Alabama və Kentukki ştatlarında baş verən atışmalardan sonra Konqresi “Silah qanunları” ilə bağlı tədbir görməyə çağırıb.
Belə ki, ABŞ Prezidenti çıxışı zamanı vurğulayıb, “Silahlar Amerikada uşaqların əsas qatilidir və onların sayı azalmır, əksinə artır. Bu, hədsiz və qəbuledilməzdir. Amerikalılar qanunvericilərin silahlanma ilə bağlı sağlam düşüncə ilə hərəkət etmələrini istəyirlər”.
Qeyd edək ki, silahlarla bağlı həyatları xilas edəcək federal qanunlar üzərində vicdanla işləməyə hazır olduğunu qeyd edən Bayden, Konqresi hərtərəfli cinayət qeydlərinin yoxlanılması, hücum silahlarının qadağan edilməsi və yüksək təhlükəsizlik tədbirləri kimi məsələlərdə tədbir görməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.