Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi xalqa televiziya ilə müraciətindən sonra ölkənin bir sıra şəhərlərində etirazlar başlayıb.
Belə ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Paytaxt prefekturasının məlumatına görə, Parisdə 2 000-ə yaxın etirazçı küçələrə çıxıb.
Nəzərinizə çatdıraq ki, Renndə də Prezidentin bələdiyyə binası qarşısında çıxışı zamanı 700 nəfər etirazını ifadə edib.
Qeyd edək ki, Lionda 600-ə qədər nəfər meriyanın qarşısına toplaşıb, bir neçə yüz etirazçı Marsel şəhər meriyasına gedib. Nantda da 800-dən çox nümayişçi Makrona narazılığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.