Sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan 32 yaşlı güləşçi finalda bolqar Ramazan Ramazanovu 10:3 hesabı ilə məğlub edib.
Beləliklə, Əliyev karyerasında dördüncü dəfə Avropa çempionu adını qazanıb.
Azadmedia.az xatırladır ki, bundan əvvəl millimizin üzvü Əliabbas Rzazadə (57 kq) qızıl medal qazanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.