Masallı güləşçisi Avropa çempionatında bürünc medal qazanıb.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, iyulun 16-dan 19-dək Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında Yunan-Roma güləşi üzrə 44 kg çəki dərəcəsində Masallı Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Əmrah Əmrahov Avropa III olub.
“Bu münasibətilə şəxsi məşqçisi Qismət Əkbərovu, çempionumuzun özünü və valideynlərini başda idarə rəisi Sabiq Cahangirov olmaqla idarə kollektivi adından təbrik edirik, Əmraha gələcək yarışlarda uğurlar arzu edirik !
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub.
Yunan-Roma güləşi yığma komandamız tarixi uğura imza atıb.
Belə ki, millinin 12 üzvü fəxri kürsüyə qalxıb. Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu 🥇olublar. Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci🥈Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü 🥉yeri tutub.
Beləliklə, 4️⃣ qızıl🥇3️⃣ gümüş 🥈və 5️⃣ bürünc 🥉medal qazanan yığmamız 2️⃣0️⃣5️⃣ xalla komanda hesabında Avropa çempionu olub🏆 Azərbaycan 🇦🇿 ikinci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla üçüncü yeri tutub. Millimiz medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.”
Qeyd edək ki, Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.
Azadmedia.az xəbər agentliyi kollektivi uğur qazanan idmaçıları təbrik edir, uğurlar arzu edir!
Ülkər Piriyeva