Yəmənin paytaxtı Sənada bir məktəbdə Ramazan bayramı münasibətilə xeyriyyə ianələrinin paylanması zamanı izdiham yaşanıb.
Belə ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, izdiham zamanı azı 78 nəfər ölüb.
Qeyd edək ki, Yəmən DİN-nin məlumatına görə, aksiyanın təşkilatçıları olduğu ehtimal edilən iki yerli iş adamı saxlanılıb. İzdihamın səbəbi yerli hakimiyyət orqanlarının razılığı olmadan yardım paylanmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.