Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Münhen şəhərinin tanınmış Sənətkarlar Evində (Münchener Künstlerhaus) aprelin 18-dəkonsert təşkil olunub. Tədbirdə Bavariya Lantaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münhendə akkredtitə olunmuş konsullar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları iştirak ediblər. Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış “Azəbaycanda alman irsi” adlı qısa film nümayiş etdirilib. Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın Bavariya əyalətinə ilk səfərini həyata keçirməkdən məmnun olduğunu bildirib. Səfir Azərbaycan-Almaniya münasibətlərinin qədim tarixə malik olduğunu, ölkəmizdə ilk alman məskənlərinin təxminən 200 əvvəl qurulduğunu, o zamandan etibarən almanlar və azərbaycanlılar arasında xoş və mehriban dostluq münasibətlərinin təşəkkül tapdığını qeyd edib. Azərbaycan-Almaniya münasibətlərinin müasir vəziyyətinə toxunan N.Ağayev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin dərinləşməsindəmühüm rol oynadığını vurğulayıb. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayında Almaniyaya uğurlu səfər etdiyini bildirən diplomat sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığını söyləyib. N.Ağayev ikitərəfli iqtisadi münasibətlərdən bəhs edərək, Bavariya əyalətindən olan şirkətlərin bu münsaibətlərdə xüsusi yerinin olduğunu, Almaniya ilə həyata keçirilən ticarət dövriyyəsinin təxminən üçdə birinin bu əyalətin payına düşdüyünü və 177 Bavariya şirkətinin Azərbaycanla əməkdaşlıq etdiyini vurğulayıb. Səfir əyalətlə olan iqtisadi əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Bavariya Landtaqının CSU (Xristian Sosialistlər İttifaqı) fraksiyasının sədr müavini Aleksandr Köniq öz çıxışında qeyd edib ki, Bavariya iləAzərbaycan arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin geniş inkişaf potensialı var. Deputat həmçinin son dövrlər Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün enerji təchizatçısı kimi rolunun artdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinəəminlik ifadə edib. Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər - pianoçu Nərmin Nəcəfli vəopera müğənnisi Mərziyə Hüseynova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Sənətçilər tərəfindən ifa olunan dahi Azərbaycan bəstəkarları - Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vaqif Mustafazadə, Niyazi vəAdil Bəbirovun, eləcə də Avropalı bəstəkarlar - Frederik Şopin, Robert Şuman və Çarls Qunodun əsərləri tamaşaçıların böyük rəğbətilə qarşılanıb. Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: