AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada Amerikanın Səsinin Azərbaycan xidmətinin iki jurnalisti yaralanıb

  • + A
  • - A
  • 23-04-2023, 04:12

    Ukraynada Amerikanın Səsinin Azərbaycan xidmətinin iki jurnalisti yaralanıb

    Amerikanın Səsinin jurnalistləri İdrak Camalbəyli və Seymur Şıxəliyev Nikolayev vilayətinin Mirnoye kəndi yaxınlığında qəlpə yaraları alıblar. Azadmedia.az xəbər verir ki, bu barədə Amerikanın Səsi nəşri məlumat yayıb.

    Ukraynalılar Camalbəyli və Şıxəliyevə rus qoşunlarının ərazidə qazdıqları geniş səngərləri göstərib xəbərdarlıq edib ki, geri çəkilən rus əsgərləri ərazini minalayıb. İdrak bir ayağından bir neçə qəlpə ilə yaralanıb. Seymurun əli yaralanıb. Hər ikisi ciddi xəsarət almayıblar. Bundan əlavə, ukraynalılardan biri üzündən yüngül xəsarətlər alıb. Hadisə ilə bağlı məlumat dəqiqləşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR