Böyük Britaniya diplomatlarını və onların ailələrini Sudandan təxliyə edib.
Belə ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.
O bildirib ki, Britaniya üçün öz vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır.
HəmçininKleverlinin sözlərinə görə, Britaniya Silahlı Qüvvələri səfirlik əməkdaşlarına qarşı zorakılıq və təhdidlərin əhəmiyyətli dərəcədə artması fonunda təxliyəni başa çatdırıb.
Qeyd edək ki, XİN başçısı Sudanda münaqişə tərəflərinə müraciət edərək, silahları yerə qoymağa və mülki əhalinin münaqişə zonalarını tərk edə bilməsi üçün dərhal humanitar atəşkəsə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.