İrəvanın (Ermənistan) Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkilatlanmış şəkildə yandırılmasını qətiyyətlə pisləyirik. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.
"Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan bu cür nifrət cinayətlərinin və ksenofobiya aktlarının qarşısını almaq üçün təcili tədbirlər görməlidir", - Hacızadə əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.