AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik rolunu davam etdirir

  • + A
  • - A
  • 24-04-2023, 15:14

    Peskov: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik rolunu davam etdirir

    Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşması üçün əlavə səylər göstərilməlidir. Azadmedia.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Əlaqələri davam etdiririk. Biz paytaxtlarla, İrəvan və Bakı ilə işləyirik. Və biz bu işi davam etdirəcəyik... Vəziyyət doğrudan da asan deyil, əlavə səylər tələb edir, ən əsası isə adıçəkilən ölkələrdən başa düşülməsini tələb edir ki, qeyd olunan sazişlərin həyata keçirilməsinə alternativ yoxdur”.

    Peskovun sözlərinə görə, Rusiya vasitəçilik səylərini və əsasən əvvəllər imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını yerinə yetirmək üçün səylərini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR