AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq - Spiker tapşırıq verdi

  • + A
  • - A
  • 25-04-2023, 12:12

    Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq - Spiker tapşırıq verdi


    Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

    Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, - deyə o qeyd edib.

    Spiker Shaibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: "İntizam komissiyasını yığın və bu məsələ ilə ciddi məşğul olun, mənə məruzə edin", - deyə spiker bildirib.

    Deputatlar da sədrin tapşırığını dəstəkləyib.

    Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR