Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK-PYD/YPG terror qruplaşmasının üzvü Rasim Akyol xarici ölkələrdən birində həbs olunub.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
O, Türkiyəyə gətirilib.
R.Akyolun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK/KCK üzlərinə silah təchizatı həyata keçirdiyi məlum olub. Türkiyə məhkəməsi bu əməlinə görə onu 15 il müddətinə azadlıqdan məhrum edib. Terrorçu qaçıb gizləndiyinə görə qərar qiyabi olaraq çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.