Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Mədəniyyət Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dünyasını dəyişib.
Qeyd edək ki, Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda anadan olub.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
A. İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.