Kəlbəcərin təhsil “kraliçası”nın dosyesi yeni nazirin masasında - Detallar
Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın fəaliyyəti və keçmişdəki əməllərinin dosyesinin yeni təhsil naziri Ceyhun Bayramova təqdim olunduğu bildirilir
Bu barədə redaksiyamızın əldə etdiyi xəbərdə iddia olunur ki, nazirin onun qovluğu ilə tanışlığı heç də yaxşı nəticələnməyib. C.Bayramovun E.Şükürova ilə işləmək istəmir.
Kəlbəcər təhsilinə həvəsli və işləyən bir gənc kadr təyin olunacağı haqda xəbərlər gəlməkdədir. Bu da E.Şükürovanı hərəkətləndirib. O, daha böyük ambisiya ilə irli atılıb.
Deyilənə görə təhsil şefi yenə icra başçısı olmaq eşqinə düşüb. İddialara görə, Ağdamın icra başçısı olmaq şansını qaçırmış təhsil şefi indi bəxtini Kəlbəcərdə sınayır.
Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri bu rayona icra başısı getmək istəyirdi. Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi. Ancaq proseslər onun əleyhinə işlədi.
İndisə C.Bayramovu qane etməyən və yeni nazirin komandasında olacağı gözlənilməyən E.Şükürova yuxarılara minnətçi düşüb. O, ən azı kreslosunu qorumağı yaxud da yüksək posta getməyi xahiş edir.
Oğlunun adının qumarda keçməsi, təhsil şefi kimi fəaliyyətində yeyintilərə yol verməsinə görə ona yeni nazir tərəfindən etimad göstərilməsi inandırıcı deyil.
Üstəgəl, Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə “perevod” alan Elmira Şükürova burada özünün “Ağdam təcrübəsini” tətbiq etməyə çalışır.
Xatırladaq ki, Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.
FİA.Az xəbər verir ki, Ağdamda son 10 ildə təhsilin səviyyəsi çox aşağı səviyyədə olub və xanım müdirənin sayəsində təhsil tənəzzül edib. İndi də Kəlbəcər təhsili onun işğalı altında inildəyir.
Xatırladaq ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur.
Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.
1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.
E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.
Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur.
Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.
Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.
Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb.
Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub.
Bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub. Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.
Bu reputasiya və bioqrafiyaya malik məmura nazirin etimad göstərib Kəlbəcərin təhsil müdiri saxlayacağı ağlabatan görünmür.
E.Şükürova yenidən C.Qurbanov əlaqələrindən istifadə etməyə çalışır. Amma bu cəhdləri suya düşməkdədir.
O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı. Bu ittihamlarla bağlı xanım təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
Dosye.org