AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünaslıq İnstitutunda “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 16-06-2023, 16:57

    Şərqşünaslıq İnstitutunda “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib -



    Bakı şəhəri, 16 iyun — Azadmedia.az


    İyunun 14-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib.

    Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə institutda bir sıra elmi tədbirlərin keçirildiyini, sentyabr ayında bu mövzuda beynəlxalq elmi konfransın keçiriləcəyini bildirərək, təşkil edilən elmi seminarlar çərçivəsində bu dəfə Türkiyədə keçirilən seçkilərə həsr olunmuş seminarın keçirildiyini bildirib.
    Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov seminarda “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda məruzə edib. Müasir Türkiyənin seçki sisteminə və ölkədə 2002-2023-cü illərdə təşkil olunan seçkilərə və onların nəticələrinin təhlilinə həsr olunmuş məruzədə beynəlxalq aləmdə mövcud olan seçki sistemləri və bunun Türkiyədə mövcud olan seçki sistemi ilə oxşar və fərqli cəhətləri barədə söz açılıb. Məruzəçi ölkədə son dövrlərdə seçki və dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların seçkilərə təsirindən bəhs edib.
    Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya kafedrasının müəllimi, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı Türkiyədəki son seçkilərin bölgəyə təsiri barədə məruzə edib. Məruzəçi ötən əsrin ortalarından başlayaraq Türkiyədə keçirilmiş seçkilərdən danışaraq, daha sonra son seçkilərin xüsusiyyətlərindən söz açıb. T.Qasımlı bu seçkilərin region ölkələri ilə münasibətlərə təsirini təhlil edib, onun Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişafına səbəb olacağını qeyd edib.
    Seminarda məruzələr ətrafında müzakirələr aparılıb, həmçinin məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.


    Vüqar Məmmədov,
    AMEA-nın Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR