Bakı, 6 iyul — Azadmedia.az
Dünyanı fəth edən “Məhəbbət əfsanəsi” baleti yenidən Bakı səhnəsində!
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur.
Belə ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.
Biletlər tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.