AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamentində beynəlxalq konfrans: “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var”

  • + A
  • - A
  • 12-07-2023, 22:17

    Avropa Parlamentində beynəlxalq konfrans: “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var”

    Bakı, 12 iyul — Azadmedia.az

    Avropa Parlamentində keçirilən beynəlxalq konfransda İranın azlıq qruplarına qarşı davranışına diqqət çəkilib. Tədbirdə Avropa Parlamentinin 6 üzvü və 5 yüksək səviyyəli spikeri, həmçinin insan haqları təşkilatlarının nümayəndələri, Fransa, Belçika və İsraildən İran üzrə analitik və ekspertlər iştirak ediblər.

    Azərbaycandakı yəhudi icması Avropa Parlamentində İranın öz azlıq qruplarına, ilk növbədə, ölkə əhalisinin demək olar ki, üçdə birini təşkil edən Azərbaycan icmasına qarşı davranışından bəhs edən beynəlxalq konfransda baş tutan dialoqdan dərin məmnunluq ifadə edib.

    Konfransa parlamentin beynəlxalq məsələlər üzrə müşaviri, İran üzrə ekspert Manel Msalmi moderatorluq edib. O, konfransa İrandakı azlıq qrupları və azərbaycanlıların, Əhvaz ərəblərinin, kürdlərin, bəluclərin və başqalarının bərabər hüquqlar uğrunda mübarizəsi haqqında məruzə ilə başlayıb.

    Bakıdakı gürcü Sefarad icmasının rəhbəri, ravvin Zamir İsayev hadisəni şərh edərək deyib: “Yəhudilər uzun illər təqib olunublar və biz bunun necə hiss olduğunu yaxşı bilirik. Biz konkret olaraq, davamlı zülmdən əziyyət çəkən Azərbaycan xalqı qarşısında hamıdan çox borcluyuq”.

    İsayev əlavə edib ki, onlar “məsələni hər beynəlxalq forumda qaldırmağı” planlaşdırırlar, çünki “İranın azərbaycanlı azlıqlara zülmü dünya ictimaiyyətinin gündəmində birinci yerdə olmalıdır”.

    Əsas çıxışı parlamentin üzvü Françeska Donato edib və o, Avropa İttifaqının İranda qadınların və azlıq qruplarının hüquqlarının təmin edilməsində İranda və Yaxın Şərqdə demokratiya, bərabərlik və etnik azadlığın dəstəklənməsində oynadığı rolu vurğulayıb.

    Əhatə olunan mövzular İranda dini azadlıq, xüsusilə dini azlıqların məruz qaldığı ayrı-seçkilik və təqiblər olub. Həmçinin, girov siyasətindən istifadə edən və terrorçu rejim kimi təsnif edilən İran rejiminin fərqli xüsusiyyəti kimi qadınların və azlıqların zülmünə də diqqət yetirilib.

    Avropa İttifaqının azlıq qruplarına önəm verdiyi və beynəlxalq ictimaiyyətin iranlıların, o cümlədən azərbaycanlılar kimi qeyri-fars əhalinin azadlığını və bərabərliyini təmin etmək öhdəliyini dəstəklədiyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR