AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Taxıl sazişi”nin uzadılması müzakirə edildi - BMT və BƏƏ

  • + A
  • - A
  • 13-07-2023, 11:21


    “Taxıl sazişi”nin uzadılması müzakirə edildi -



    BMT-nin Baş katibi Antoniu Quterreş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında “Taxıl sazişi”nin uzadılmasını müzakirə edib.

    Azadmedia.az xəbər verir ki, tərəflər sazişin əhəmiyyətini vurğulayıb və onun uzadılması üçün səyləri nəzərdən keçiriblər.

    Belə ki, A.Quterreş və BƏƏ lideri ümumi maraq doğuran məsələlər üzrə əlaqəni gücləndirmək və bu mövzuda ünsiyyət və əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

    Həmçinin A.Quterreş iyulun 12-də Rusiya Prezidenti Vladimir Putinə də “Taxıl sazişi”nin uzadılması ilə bağlı məktub göndərib. Baş katib məktubunda yazıb ki, BMT məsələ barədə təkliflər üzrə Moskva ilə əməkdaşlığa hazırdır.

    Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR