AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatdı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 13-07-2023, 11:37

    Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatdı -



    Rusiya və Gürcüstan arasındakı Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia məlumat verib. O, bildirib ki, danışıqların bu raundunda da destruktiv mövqe nümayiş etdirmiş Rusiya nümayəndə heyəti müzakirə masasını vaxtından əvvəl tərk edib.

    Qeyd edək ki, “Qaçqınların qayıtması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti bu məsələ gündəliyə gələn kimi müzakirə masasını tərk etmək praktikasına davam edir. Baxmayaraq ki, bu diqqət mərkəzində olan bir mövzudur, Rusiya Federasiyası bu məsələnin müzakirələrinə başlamağa dair heç bir işarə vermir. Təəssüf ki, Rusiya Federasiyası bu raundda da destruktiv idi”, - deyə Darsalia bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR