Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.
Azadmedia.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
Belə ki, Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.
Qeyd edək ki, “Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək, bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - Deyə Şərifi əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.