AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan Gürcüstan vasitəsilə yüklərin fasiləsiz daşınmasını təmin etmək niyyətindədir - Tiflis

  • + A
  • - A
  • 17-07-2023, 23:28

    Özbəkistan Gürcüstan vasitəsilə yüklərin fasiləsiz daşınmasını təmin etmək niyyətindədir -


    Özbəkistan Gürcüstan vasitəsilə Avropa və ABŞ-a yüklərin fasiləsiz daşınmasını təmin etmək niyyətindədir.

    Azadmedia.az xəbər verir ki, bu fikirlər Tiflisdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovun gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşündə səslənib.

    Belə ki, Gürcüstan hökumət administrasiyasından verilən xəbərə görə, görüşdə Gürcüstanın tranzit potensialı və Orta dəhlizin beynəlxalq formatda təşviqinin vacibliyi müzakirə olunub. Söhbət zamanı tərəflər islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə, eləcə də iqtisadiyyat və ticarət əlaqələri sahəsində əməkdaşlıq potensialından tam istifadə etməyə hazır olduqlarını bildiriblər.

    Həmçinin diqqətə çatdırılıb ki, 2021-2022-ci illərdə ikitərəfli ticarət dövriyyəsində əhəmiyyətli artım var. Gürcüstan Özbəkistanı mühüm tərəfdaş hesab edir, investisiyaların cəlb edilməsində əməkdaşlıqda maraqlıdır.

    Qeyd edilib ki, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 160,1 milyon dollar təşkil edib.

    Görüşün yekununda Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafı planını təsdiq ediblər. Həmçinin, iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR