Finlandiya Rusiyanın Turkudakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi icazəni oktyabrın 1-dən ləğv etmək qərarına gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistönün ofisi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətini dayandırdığını və 9 finlandiyalı diplomatı ölkədən çıxardığını elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.