Çin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsində birbaşa iştirak edir və həmçinin digər dövlətlər üçün təhlükə yaradır.
Azadmedia.az xəbər verir ki, bunu Böyük Britaniya xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.
Belə ki, Rusiyanın Ukraynaya hücumunda Pekinin və Çin lideri Szinpinin “mütləq iştirakı” ilə bağlı tezisini izah edən Mİ-6-nın rəhbəri qeyd edib ki, çinlilər rusları çox açıq şəkildə dəstəkləyir:
Həmçinin onlar rusları diplomatik cəhətdən tam dəstəklədilər, Birləşmiş Millətlər Təşkilatında əsas səsvermə zamanı bitərəf qaldılar. Amma bu cür dəstəyin Rusiya üçün öz qiyməti var. Ruslar Çinlə güc balansının onlara qarşı dəyişməsindən çox narahatdırlar.
Qeyd edək ki, Çin Moskvanın hərəkətlərini tənqid etməkdən imtina edib, bunun əvəzinə ABŞ və NATO-nu Kremlə qarşı təxribatda ittiham edib və Rusiyaya sanksiyaları pisləyib. Rusiya da öz növbəsində Tayvanla bağlı ABŞ ilə gərginlik fonunda Çinə güclü dəstək verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.