AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı sanksiya siyahısına iranlı rəsmiləri, hərbçi və iş adamını daxil etdi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 20-07-2023, 19:01

    Avropa İttifaqı sanksiya siyahısına iranlı rəsmiləri, hərbçi və iş adamını daxil etdi -



    Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısına 5 iranlı rəsmi, hərbçi və iş adamını daxil edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının dərc olunan qərarında deyilir.

    Belə ki, “İran Rusiyaya hərbi yardım göstərir. Vəziyyətin ciddiliyini nəzərə alaraq, Aİ Şurası hesab edib ki, pilotsuz uçuş aparatlarının yaradılması və Rusiyaya tədarükü ilə bağlı olan 5 fiziki şəxs barəsində sanksiya qərarı olan fiziki və hüquqi şəxslərin “qara siyahısı”na daxil edilməlidir”, - deyə sənəddə bildirilib.

    Qeyd edək ki, sanksiya siyahısına pilotsuz uçuş aparatları üzrə ixtisaslaşan “Paravar Pars” və “Qods Aviation Industries” şirkətlərinin direktorlar şurasının hərbi və mülki üzvləri daxil edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR