ABŞ Senatı ölkənin növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsi layihəsinə ölkənin strateji ehtiyatından Çinə neft satışını qadağan etmək üçün təklif edilən düzəlişi qəbul edib.
Azadmedia.az-ın məlumatına görə, bu düzəliş senatorlar Ted Kruz və Co Mancin tərəfindən təqdim edilib. Təklifi 85 senator dəstəkləyib, 14 qanunverici isə əleyhinə çıxıb.
Qetd edək ki, həmin dəyişiklik Energetika Nazirliyinə ABŞ-ın strateji ehtiyatından neft məhsullarının Çin Kommunist Partiyasının sahib olduğu, nəzarət etdiyi və ya təsiri altında olan hər hansı quruma satışını qadağan edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.