AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında ölkəsinin taxıl sazişinə qayıtması üçün şərtlərini açıqlayıb - KİV

  • + A
  • - A
  • 22-07-2023, 16:40

    Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında ölkəsinin taxıl sazişinə qayıtması üçün şərtlərini açıqlayıb -


    Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ölkəsinin taxıl sazişinə qayıtması üçün 7 şərti açıqlayıb.

    Belə ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

    Polyanski bildirib ki, öncə Rusiya taxılının və gübrəsinin dünya bazarlarına tədarükü ilə bağlı sanksiyalar ləğv edilməlidir:

    “İkincisi, ərzaq və gübrə təchizatı sahəsində fəaliyyət göstərən Rusiya bankları və maliyyə qurumlarının qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Üçüncü şərtimiz odur ki, Rusiyaya kənd təsərrüfatı texnikası və gübrə sənayesi ilə bağlı ehtiyat hissələrinin və komponentlərin daşınması yenidən bərpa edilməlidir”.

    Polyanski dördüncü şərt kimi gəmilərin kirayələnməsini, bununla yanaşı Rusiyanın ərzaq ixracatının sığortası ilə bağlı bütün problemlərin həll edilməsini və bu daşımalar üçün bütün logistika təminatının təmin olunmasını qeyd edib.

    Beşinci şərt kimi Rusiya gübrələrinin və gübrə istehsalında istifadə edilən xammalın daşınmasının genişləndirilməsi üçün bütün şərtlərin yerinə yetirilməli olduğunu deyən Polyanski bunların arasında Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən işə salınmasının da olduğunu bildirib:

    “Altıncı şərtimiz bundan ibarətdir ki, kənd təsərrüfatı sektoru ilə bağlı dondurulmuş Rusiya aktivləri blokdan çıxarılmalıdır. Sonuncu şərtimiz budur ki, lap əvvəldən də qeyd edildiyi kimi, taxıl müqaviləsi yenidən humanitar məqsədlər üçün istifadə edilməlidir. Əsasən də müqavilə varlı ölkələri zənginləşdirməkdənsə, ehtiyacı olan ölkələrin maraqlarına xidmət etməlidir”. Axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR