Avqustun 1-dən Qırğızıstanda energetika sektorunda fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov fərman imzalayıb.
Bildirilir ki, qərar iqlim problemləri, Narın çayı hövzəsində aşağı su axını, enerji istehlakının sürətlə artması fonunda istehsal gücünün olmaması ilə bağlı ölkəni enerji böhranından çıxarmaq məqsədilə qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.