AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya xüsusi təyinatlıları və Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə hazırlaşır - Markov

  • + A
  • - A
  • 25-07-2023, 13:29


    Britaniya xüsusi təyinatlıları və Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə hazırlaşır -


    Britaniya xüsusi təyinatlıları və Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə hazırlaşır. Hücum avqust ayında olacaq. İndi onlar Xmelnitski AES-də intensiv təlim keçirlər.

    Belə ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

    “Britaniya kəşfiyyatı Zaporojyedəki vəziyyəti təhlil edib və belə qənaətə gəlib ki, stansiyanın reaktorları soyuq vəziyyətdədir, qorunur və partlamayacaq. İstifadə olunmuş nüvə yanacağının anbarının partlaması isə radioaktivliyin kiçik buraxılmasına səbəb olacaq. Rusiya ordusu Zaporojyeni qorumaq üçün artilleriya və raketlərdən istifadə etməkdən ehtiyat edəcək. İddia edilən plana görə, Ukrayna Silahlı Qüvvələrinin və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının, hətta ola bilsin ki, Britaniyanın xüsusi təyinatlılarının da əsas vəzifəsi Zaporojye ərazisinə daxil olmaqdır. Bundan sonra Qərbin bütün siyasi gücü Rusiyadan Zaporojye AES uğrunda döyüşməməyi tələb edəcək konsolidasiya üçün işə salınacaq. Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və onun ələ keçirilməsi Ukraynanın Rusiya üzərində böyük simvolik qələbəsi olmalıdır. Əks hücumu birdən-birə uğurlu etmək üçün belə bir plan hazırlanır”, - o bildirib.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR