İyulun 25-də Brüsseldə Avropa ittifaqının kənd təsərrüfatı nazirləri Rusiyanın Ukraynanın limanlarına hücumları fonunda Ukrayna taxılının ixracı yollarını müzakirə edəcəklər.
Azadmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Belə ki, nazirlər Ukraynanın liman infrastrukturuna hücumlar nəticəsində Rusiyanın vurduğu zərərin qiymətləndirilməsini davam etdirirlər.
Qeyd edək ki, rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması qlobal humanitar böhran təhlükəsi yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.