Rusiya və Suriyaya hərbi təchizatın təminatına görə Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, ötən həftə Aİ XİN başçılarının toplantısında qəbul olunan sanksiyalarla bağlı yekun qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
Qeyd edək ki, “İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, ölkədə istifadəsi üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, - deyə qərarda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.