AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AB missiyası yalnız vəziyyəti gərginləşdirdi - Zaxarova

  • + A
  • - A
  • 26-07-2023, 19:09

    AB missiyası yalnız vəziyyəti gərginləşdirdi -


    AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurmaya yönəlib.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

    Belə ki, “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir. AB missiyası yalnız vəziyyəti gərginləşdirdi və onlar Ermənistan-Azərbaycan sərhədində toqquşmanın qarşısını almaq üçün heç bir təsir göstərmədi”, - o bildirib.

    Həmçinin o bildirib ki, bunu Rusiyanın qiymətləndirmələri da təsdiqləyir:

    “Gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır. Moskva uzun fasilədən sonra iyulun 12-də keçirilən növbəti, dördüncü görüşü alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiq edir. Kanadalıların Ermənistanda peyda olması AB-nin tamamilə itirmiş xarici siyasət müstəqilliyinin ABŞ və NATO-nun maraqlarına xidmət etdiyini açıq şəkildə təsdiqləyir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR