Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketinin qəbuluna icazə verir.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Aİ Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Piter Stano məlumat verib.
Belə ki, Stano ilin sonuna qədər yeni məhdudlaşdırıcı tədbirlərin qəbulu ilə bağlı sualı cavablandırarkən deyib: “Əgər Kreml vəziyyəti daha da gərginləşdirərsə, əlavə sanksiyalar həmişə mümkündür”.
Qeyd edək ki, onun sözlərinə görə, Ukraynada “taxıl anbarlarına və liman infrastrukturuna qanunsuz hücumlar” eskalasiya sayıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.