Rusiya Kerç boğazında istənilən kiçik qayıq və gəmi üçün keçidi bağlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
Belə ki, həmin məlumata görə, Rusiya Müdafiə Nazirliyinin komandanlığının qərarı ilə Temrük bölgəsində bütün kiçik gəmi və qayıqların Xroni burnu ilə Axilleon arasında və Takil burnu ilə Panagiya arasındakı xəttin şimalına və sahil xəttinə keçməsi qadağandır.
Qeyd edək ki, qadağa təkcə donanmanın gəmiləri, katerləri, sərhəd xidməti orqanları və Rusiya Milli Qvardiyasının qoşunlarına şamil edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.