Nigerdə jurnalistlər hücuma məruz qalıblar.
Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb KİV nümayəndələrinin 30 iyul çevrilişinə dəstək yürüşünü işıqlandırmaları olub.
Belə ki, nümayişçilər jurnalistlərə hücum edərək onların kameralarını zədələyiblər. 3 müxbirin xəsarət aldığı bildirilir.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan ediblər. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.