Pakistanın şimal-qərbində mitinq zamanı törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Azadmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Terror aktının İŞİD tərəfindən törədildiyi iddia edilib.
Xatırladaq ki, terrorçu bazar günü Camiat Ulema Islam-Fasl (JUIF) Mühafizəkarlar Partiyasının mitinqi zamanı özünü partladıb.
Hazırda partlayış qurbanlarının sayı 45 nəfərə çatıb. [/justify]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.