Son bir neçə gün ərzində Rusiyada 14 hərbi komissarlıq yandırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Belə ki, həmin məlumata görə, 30 iyul-1 avqust tarixlərində insidentlər daha intensiv xarakter almağa başlayıb.
Həmçinin yanğın hadisələri Moskva, Omsk, Kaluqa, Mojaysk, Podolsk, Kazan, Rossoş (Voronej vilayəti), Feodosiya (Krım), Sankt-Peterburq, Aqinskoe (Zabaykalye), Volsk (Saratov), Verxneuralsk, Kopeysk (hər ikisi Çelyanbisk vilayəti), Ulan-Ude (Buryatiya) və Adıgeydə qeydə alınıb.
Qeyd edək ki, Rusiya rəsmi orqanlarının məlumatlarına görə, hadisələrə səbəb ölkə xaricində yaşayan dələduzların insanları aldatmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.