İsveçdə keçirilən Eritreya mədəniyyət festivalında törədilən hücum nəticəsində 52 nəfər yaralanıb.
Azadmedia.az xəbər verir ki, Xarici KİV-in məlumatına görə, Şərqi Afrika ölkəsi Eritreyaya qarşı minlərlə etirazçı festival ərazisində stendləri və avtomobilləri yandırıb.
Belə ki, Ədliyyə naziri Qunnar Strömmer deyib:"İsveçə zorakılıqdan qaçmaq və ya müvəqqəti səfər məqsədi ilə gəlirsinizsə, burada zorakılığa səbəb olmamalısınız. İsveçin bu şəkildə başqa ölkələr arasındakı münaqişəyə sürüklənməsinin mənası yoxdur".
Həmçinin hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində 100-dən çox etirazçı saxlanılıb.
Qeyd edək ki, İsveçdə yaşayan minlərlə Eritreyalının qatıldığı festival 1990-cı illərdən bəri hər il keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.