Türkiyə-İran quru yolunda hərəkət dayandırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki bildirilib ki, buna səbəb şiddətli yağışdan sonra Ağrı şəhərində yaranan seldir.
Həmçinin Türkiyə-İran quru yolunda uzun tıxac yaranıb.
Qeyd edək ki, sel nəticəsində yaxınlıqdakı bəzi kənd təsərrüfatı ərazilərinə də ziyan dəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.