Səudiyyə Ərəbistanının Livandakı səfirliyi öz vətəndaşlarını Livan ərazisini tərk etməyə və onları silahlı münaqişələrin yaşandığı bölgələrə yaxınlaşmamağa çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyinin yaydığı məlumatda bildirilib.
Belə ki, dəfirlik silahlı münaqişələrin müşahidə olunduğu ərazilərdə olma təhlükəsi barədə xəbərdarlıq edir, həmçinin vətəndaşları Livan ərazisini dərhal tərk etməyə çağırır.
Bununla yanaşı, səfirlik Səudiyyə Ərəbistanı vətəndaşlarına Livana səyahət qadağasına hörmət etməyin vacibliyini xatırladıb.
Qeyd edək ki, Livanda fələstinli qaçqınların yaşadığı Ayn-əl-Halvada düşərgəsində iyulun 29-dan etibarən fələstinlilər ilə ''Fəth'' hərəkatının üzvləri arasında yaşanan qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox adam da yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.