Aşqabaddan Moskvaya uçuşlara tətbiq olunan məhdudiyyətin müddəti oktyabrın 28-dək uzadılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkmənistan Hava Yollarından məlumat verilib.
Belə ki, Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək.
Qeyd edək ki, aviaşirkət bundan öncə Moskvanın hava məkanında yaranmış vəziyyətlə əlaqədar uçuşları avqustun 1-dən 22-dək dayandırdığını elan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.