Rusiya ilhaq edilmiş bölgələrdən başqa, Ukraynanın heç bir regionunu ələ keçirmək niyyətində deyil.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The New York Times”ın müvafiq sualını cavablandırarkən danışıb.
Belə ki, “Biz sadəcə olaraq indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün o ərazilərə nəzarət etmək istəyirik”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Konstitusiyasında regionlar siyahısına Krım, 2022-ci ildə qondarma Donetsk və Luqansk “xalq respublikaları”, həmçinin Xerson və Zaporojye vilayətləri daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.