İzmirdə 105 nəfər qeyri-qanuni miqrant saxlanılıb, 35 nəfər qeyri-qanuni miqrant xilas edilib.
Azadmedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İzmir vilayətinin Səfərihisar rayonu sahillərində rezin qayıqda 45, Dikili və Çeşmə rayonları sahillərində 60 nəfər qeyri-qanuni miqrant saxlanılıb.
Belə ki, Türkiye ərazi sularına rezin qayıqlarda yönləndirilən 35 nəfər qeyri-qanuni miqrant Dikili sahillərində xilas edilib.
Qeyd edək ki, əməliyyatların ardından qeyri-qanuni miqrantlar regional miqrasiya idarəsinə göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.