AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdəbilin Anı kəndi ərazisində Səlcuqlar dövrünə aid tarixi tikili aşkarlanıb - KİV

  • + A
  • - A
  • 13-09-2023, 18:32

    Ərdəbilin Anı kəndi ərazisində Səlcuqlar dövrünə aid tarixi tikili aşkarlanıb -



    Ərdəbil əyalətinin Germi şəhərinin Anı kəndi ərazisində Səlcuqlar dövrünə aid tarixi tikili aşkarlanıb.

    Azadmedia.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının arxeologiya şöbəsinin rəhbəri Ruhullah Məhəmmədi məlumat verib.

    O, tikilinin karvansara və ya hamam olduğunun ehtimal edildiyini bildirib:

    “Daha dəqiq məlumat araşdırmalar bitdikdən sonra veriləcək”.

    Qeyd edək ki, abidə tarixi əsər qaçaqmalçılarının əməyi nəticəsində aşkarlanıb. Beləki, qeyd olunan yerdə qaçaqmalçılar tarixi əsərlər əldə etmək məqsədilə qazıntı aparıblar. Tarixi tikili aşkar edidikdən dərhal sonra bölgəyə gələn məmurlar onları həbs edib, abidə barədə Mədəni İrs Təşkilatına məlumat veriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR