AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisi başa çatdı - FOTOLAR

  • + A
  • - A
  • 15-11-2023, 21:57


    Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisi başa çatdı -


    Bakı, 15 noyabr — Azadmedia.az


    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirildi.

    Belə ki, sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilat iştirak edib.

    Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak ediblər.

    Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilib.

    Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbir təşkil olunub.

    Qardaş Türkiyə Respublikasının görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunublar.

    Qeyd edək ki, sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyası idi. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçirilib. Eyni zamanda Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgidə iştirak ediblər.












    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR