“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
Azadmedia.az xəbər verir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirikişili bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası zamanı diqqətə çatdırıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənişli yol kimi müəyyən edilib. Qeyd olunub ki, qanun layihəsində ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsasları öz əksini tapıb.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.