AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov yenidən Baş nazir seçilir

  • + A
  • - A
  • 16-02-2024, 10:58

    Əli Əsədov yenidən Baş nazir seçilir

    Azadmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçidilən plenar iclasında parlament sədri Sahibə Qafarova məlumat verib. Sahibə xanım deyib:
    "Hörmətli həmkarlar !
    Bildiyiniz kimi, bu gün bizim gündəliyimizdə 8 məsələ var və 1-ci məsələ Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərar layihəsidir.
    Hörmətli deputatlar, Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət etmişdir.
    Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi məsələsinə dair qərar qəbul etməlidir.
    Hörmətli həmkarlar, Əli müəllim Əsədovu hamımız yaxşı tanıyırıq. O, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisadçı alim və mütəxəssisdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. 1980–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləmiş, 1989-cu ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
    Əli Əsədov siyasi fəaliyyətə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla başlamışdır.
    Əli müəllim birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olmuşdur. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin aprel ayında Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi – İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində işləmişdir.
    2019-cu il oktyabrın 8-dən Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışmışdır, bu il fevralın 14-dən Baş nazir səlahiyyətlərini icra edir. Əli Əsədovun iqtisadi məsələləri dərindən bilən təcrübəli mütəxəssis olması Nazirlər Kabinetinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayır. Əli müəllim yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik olan, bütün bilik və bacarığını işə sərf edən bir insandir.
    Hörmətli həmkarlar, əminliklə söyləmək olar ki, hörmətli Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcəkdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR