AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abasov üçün dövrənin son sınağı...

  • + A
  • - A
  • 11-04-2024, 20:21

    Abasov üçün dövrənin son sınağı...


    Bu gün şahmat üzrə İddiaçılar Turnirində VII turun oyunları keçiriləcək.

    Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti sınağına çıxacaq.

    29 yaşlı təmsilçimiz I dövrədəki son matçında Vidit Santoş Qujrati ilə qarşılaşacaq. Təmsilçimiz hindistanlı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq.

    İddiaçılar Turniri
    VII tur, 11 aprel
    Hikaru Nakamura – Yan Nepomnyaşi
    Fabiano Karuana - Rameşbabu Praqnanandja
    Nicat Abasov - Vidit Santoş Qujrati
    Alireza Firuzya – Dommaradju Qukeş

    Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya (Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.

    Qeyd edək ki, I dövrənin son turundan sonra iştirakçılara bir günlük fasilə veriləcək. VIII turun görüşləri aprelin 13-də baş tutacaq (Qafqazinfo)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR