Əfqanıstan hökuməti Pakistanın hərbi nümayəndə heyətinin mayın 12-də Qəndəhar şəhərinə planlaşdırılan səfərini ləğv edib.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, səfərin ləğvi Pakistan ordusunun mayın 12-də Əfqanıstanın Paktika əyalətinə endirdiyi raket zərbələri ilə bağlı ola bilər.
Belə ki, Kabil səfərin ləğvinin səbəblərini hələ ki, rəsmən açıqlamayıb. Nümayəndə heyəti Əfqanıstan kəşfiyyatının rəis müavini Molla Şirin Axundla “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı fəaliyyəti və Pakistana hücumların qarşısının alınması məsələsini müzakirə etməli idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.