Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Qeyd edək ki, Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.
Bu beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
(Müraciətin tam mətni ilə
https://president.az/az/articles/view/66071 linki vasitəsilə tanış ola bilərsiniz).
Spiker Sahibə Qafarova müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP-29-un rəhbər heyəti də bu konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.