AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilləri Türk Dövlətləri Qiymətləndiriciləri Forumunda iştirak edib

  • + A
  • - A
  • 1-06-2024, 21:49

    Millət vəkilləri Türk Dövlətləri Qiymətləndiriciləri Forumunda iştirak edib

    Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov sosial media hesabında yazıb.
    Millət vəkilinin yazdığı məlumata görə Forumda türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təmsilçiləri, eləcə də Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak edib.
    Milli Məclis təmsilçiləri olaraq deputatlar Məşhur Məmmədov, Vüqar Bayramov və Aydın Hüseynov Forumda iştirak edib.
    Deputat Məşhur Məmmədov qeyd edib ki, Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
    Forumda qiymətləndirmə sektorunda qlobal problemlər müzakirə olunub, ortaq türk qiymətləndirmə standartları barədə müzakirələr aparıldı, mühüm qərarlar qəbul edilib.
    Millət vəkili sonda əminliyini bildirib ki, müzakirələrdə səsləndirilən fikirlərin nəticəsində müəyyən adımlar atılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR